Obyektivaz.info
 Valyuta məzənnəsi

“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

Tarix:26-01-2020, 10:26

“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb
Əhalini yüksəkkeyfiyyətli və sürətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, 2019-cu ildə şəbəkə tutumunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, mobil operator ötən il ərzində 1055-dən artıq 4G/4,5G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da “Nar” 4G/4,5G texnologiyalı baza stansiyalarının sayını 60%-dən çox artıraraq, 2779-a çatdırıb. Mobil operator ötən il ərzində 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdırıb və hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2854 olub.

“Nar” 2019-cu il ərzində 4G/4,5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub. Hazırda “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın regionlarını da keyfiyyətli şəbəkə ilə təmin etməyə xüsusi diqqət göstərir. Mobil operator LTE-A texnologiyalı baza stansiyalarını ölkənin 54 regionunda quraşdırmağa nail olub. Hazırda ucqar kəndlərdə belə abunəçilər “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlana bilirlər. Mobil operatorun 4G/4,5G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Oxunub: 35



XƏBƏR LENTİ
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı
Ermənistanda onlarla insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Xocalı soyqırımından 28 il ötür
“Tezliklə koronavirusun peyvəndi satışa çıxarılacaq” – Prezident Tramp
Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi: “İnsanlığa qarşı törədilmiş cinayətdir"
328 seçki məntəqəsində nəticələr ləğv edilib- Seçici fəallığı 46,84 faiz olub (MSK)
Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib
Abşeron rayon İcra başçısı İradə Gülməmmədovanın ailəsinin dodaq uçuqladan ailə biznesi .... FOTO
“Məni təkrar ölümə təhrik edirlər” –Gürcü sahibkardan Azərbaycan prezidentinə MÜRACİƏT
AŞPA-dakı anti-Azərbaycan şəbəkəsi: Bütün izlər SOROS-a aparır - ARAŞDIRMA
Abşeron sakinləri: “Cənab prezident, İradə Gülməmmədova ilə Akif Əliyevə dur deyin”
Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - Video
600- dən çox iranlı Bakıya Novruz bayramını qeyd etməyə gələcək
Hadisə sevgilisi ilə evlənməyə hazırlaşır
Telejurnalistdən İmamverdi İsmayılovla bağlı sərt suallar
Azərbaycanda ŞOK OLAY: nənə ərinin dostu ilə QAÇDI
"Aqrolizinq"i Rövşən Əsgərov kimiləri gözdən salıb... - İTTİHAM
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL