Obyektivaz.info
 Valyuta məzənnəsi

“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı

Tarix:3-02-2020, 09:42

“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı
Görmə məhdudiyyətli insanlara dəstək məqsədilə “Nar” və "Radio Antenn"in birgə həyata keçirdiyi “Canlı kitab” layihəsi artıq yekunlaşıb. “Qafqazinfo” xəbər verir ki, 3 ay müddətində "Radio Antenn" 101 FM-in efirində Azərbaycan və dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunmuş əsərləri səsləndirilib və audio-kitablar şəklində yazılıb. Yaddaş kartlarına köçürülmüş audio-kitablar Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbi və Respublika Gözdən Əlillər kitabxanasına təqdim edilib. Bununla da “Nar”ın dəstəyilə yaradılan səsli ədəbiyyat kitabxanası görmə məhduyyəti olan şəxslər üçün daha əlçatan olub.

“Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, layihənin əsas məqsədi görmə məhdudiyyətli insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır: “Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək və insanların elmə marağının artması istiqamətində davamlı olaraq sosial layihələr icra edir. “Canlı kitab” layihəmiz ilə görmə məhdudiyyətli insanların Azərbaycan dilində mütaliəsi üçün məhdudiyyətin aradan qalxmasına töhfəmizi verməyə çalışdıq. Düşünürük ki, yaradılan audio-kitabxana həm görmə məhdudiyyəti olan şəxslərə, həm də ədəbiyyatı sevən insanlara yararlı olacaq. “Nar” olaraq fiziki məhdudiyyətli insanlara dəstək istiqamətində gələcəkdə də əhəmiyyətli layihələr icra etməkdə davam edəcəyik”.

Qeyd edək ki, 3 ay müddətində “Radio Antenn” 101 FM-in canlı efirində C.London, Q.Q.Markes, G.De Mopassan, H.Murakami, A.Çexov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.C.Paşayev, Ə.Haqverdiyev, İ.Məlikzadə, K.Abdulla və digər yazarların müxtəlif əsərləri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib. “Canlı kitab” layihəsinin əsas məqsədi görmə məhdudiyyətli şəxslər üçün mütaliə imkanı yaratmaq və insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır.
“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı
“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı
“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı
“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı

Oxunub: 85



XƏBƏR LENTİ
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı
Ermənistanda onlarla insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Xocalı soyqırımından 28 il ötür
“Tezliklə koronavirusun peyvəndi satışa çıxarılacaq” – Prezident Tramp
Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi: “İnsanlığa qarşı törədilmiş cinayətdir"
328 seçki məntəqəsində nəticələr ləğv edilib- Seçici fəallığı 46,84 faiz olub (MSK)
Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib
Abşeron rayon İcra başçısı İradə Gülməmmədovanın ailəsinin dodaq uçuqladan ailə biznesi .... FOTO
“Məni təkrar ölümə təhrik edirlər” –Gürcü sahibkardan Azərbaycan prezidentinə MÜRACİƏT
AŞPA-dakı anti-Azərbaycan şəbəkəsi: Bütün izlər SOROS-a aparır - ARAŞDIRMA
Abşeron sakinləri: “Cənab prezident, İradə Gülməmmədova ilə Akif Əliyevə dur deyin”
Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - Video
600- dən çox iranlı Bakıya Novruz bayramını qeyd etməyə gələcək
Hadisə sevgilisi ilə evlənməyə hazırlaşır
Telejurnalistdən İmamverdi İsmayılovla bağlı sərt suallar
Azərbaycanda ŞOK OLAY: nənə ərinin dostu ilə QAÇDI
"Aqrolizinq"i Rövşən Əsgərov kimiləri gözdən salıb... - İTTİHAM
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL