Obyektivaz.info
 Valyuta məzənnəsi

AQTA prezidentin çağırışına məhəl qoymur - Osman Gündüz qurumu sərt tənqid etdi

Tarix:29-01-2020, 15:52

AQTA prezidentin çağırışına məhəl qoymur - Osman Gündüz qurumu sərt tənqid etdi

"Prezidentin bu çağırışlarından sonra gərək dövlət qurumları ictimai nəzarət üçün daha effektiv, əlçatan və rəqəmsal imkanlar yaratsınlar"
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Qida Təhlükəsizliyi Agentliyini tənqid edib. PİA.az AFN-ə istinadla xəbər verir ki, o, "Qida məhsulları sahəsində problemlə rastlaşan vətəndaş Qida Təhlükəsizliyi Agentliyinə necə müraciət edə bilər?" sualı ətrafında araşdırma aparıb.


"Qida Təhlükəsizliyi Agentliyinin elektron və mobil xidmətlərinin siyahısına nəzər salıram. Kasıbçılıqdır. Əsasən biznesə yönəlik xidmətlər üstünlük təşkil edir. Tutaq ki vətəndaş qida məhsulları sahəsində, baytarlıq və fitosanitar sahədə, zəhərlənmə və viruslarla bağlı problemlə üzləşdi, bu halda nə etməlidir? Agentlik istehlakçıların hüquqlarını qorumaq üçün, bu sahədə vətəndaşların da dəstəyindən istifadə etmək, ictimai nəzarəti gerçəkləşdirmək üçün hansı imkanları yaradıb? Problemlə üzləşən vətəndaşın dərhal telefonu vasitəsilə bunun videosunu və ya şəklini çəkib dövlət nəzarətini həyata keçirən quruma göndərmək imkanı varmı? Saytlarından görsənir ki, hələlik Agentlik tərəfindən belə bir effektiv imkanlar yaradılmayıb" - deyə ekspert vurğulayıb

AQTA prezidentin çağırışına məhəl qoymur - Osman Gündüz qurumu sərt tənqid etdi

AQTA prezidentin çağırışına məhəl qoymur - Osman Gündüz qurumu sərt tənqid etdi
13:24 / 29.01.2020


Save
Share

"Prezidentin bu çağırışlarından sonra gərək dövlət qurumları ictimai nəzarət üçün daha effektiv, əlçatan və rəqəmsal imkanlar yaratsınlar"
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Qida Təhlükəsizliyi Agentliyini tənqid edib. PİA.az AFN-ə istinadla xəbər verir ki, o, "Qida məhsulları sahəsində problemlə rastlaşan vətəndaş Qida Təhlükəsizliyi Agentliyinə necə müraciət edə bilər?" sualı ətrafında araşdırma aparıb.


"Qida Təhlükəsizliyi Agentliyinin elektron və mobil xidmətlərinin siyahısına nəzər salıram. Kasıbçılıqdır. Əsasən biznesə yönəlik xidmətlər üstünlük təşkil edir. Tutaq ki vətəndaş qida məhsulları sahəsində, baytarlıq və fitosanitar sahədə, zəhərlənmə və viruslarla bağlı problemlə üzləşdi, bu halda nə etməlidir? Agentlik istehlakçıların hüquqlarını qorumaq üçün, bu sahədə vətəndaşların da dəstəyindən istifadə etmək, ictimai nəzarəti gerçəkləşdirmək üçün hansı imkanları yaradıb? Problemlə üzləşən vətəndaşın dərhal telefonu vasitəsilə bunun videosunu və ya şəklini çəkib dövlət nəzarətini həyata keçirən quruma göndərmək imkanı varmı? Saytlarından görsənir ki, hələlik Agentlik tərəfindən belə bir effektiv imkanlar yaradılmayıb" - deyə ekspert vurğulayıb.



O.Gündüzün sözlərinə görə, dövlət başçısı da son zamanlar bütün çıxışlarında ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayır. Ekspert deyir ki, prezidentin bu çağırışlarından sonra gərək dövlət qurumları ictimai nəzarət üçün daha effektiv, əlçatan və rəqəmsal imkanlar yaratsınlar: "Fikrimcə, qida sektorunda problemləri ictimailəşdirmək və aradan qaldırmaq üçün Agentliyin vətəndaşların dəstəyinə də ciddi ehtiyacı var.
Qloballaşan dünyada hər gün artan problemlər, kütləvi epidemiyalar vətəndaş cəmiyyəti üçün də yeni çağırışlar edir. Düşünürəm ki, qida sektorunda baş verən problemlərin həllini yalnız dövlət nəzarətini gerçəkləşdirən Agentlikdən gözləmək də doğru olmazdı. Agentlik təkcə dövlət resurslarına arxayın olmamalıdır, medianın və vətəndaş cəmiyyətinin gücündən istifadə etməlidir. Bu baxımdan Qida Təhlükəsizliyi Agentliyinin qeyd olunan sahə üzrə ictimai nəzarəti gerçəkləşdirmək üçün, problemləri ictimailəşdirmək üçün bir mobil tətbiq yaratması da çox faydalı olardı. Bəzi dövlət qurumlarında, məsələn, ASAN, Ekologiya Nazirliyi, Miqrasiya Xidməti və s qurumlarda bu tip resurslar və həllər yaradılıb. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyinin tez bir zamanda bu sektorda olan problemləri ictimailəşdirmək, bu sahədə maarifçilik işlərini genişləndirmək üçün QİDA mobil tətbiqini hazırlaması çox vacibdir. Bu mobil həlldə məlumat göndərənin anonimliyi qorunmaqla məhdud həcmdə multimedia materiallar göndərilməsi imkanları da yaradılmalıdır".
Qurumun mətbuat xidmətinə etdiyimiz zənglər cavabsız qaldı. Mövzunu davam etdirəcəyik.

Oxunub: 23



XƏBƏR LENTİ
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı
Ermənistanda onlarla insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Xocalı soyqırımından 28 il ötür
“Tezliklə koronavirusun peyvəndi satışa çıxarılacaq” – Prezident Tramp
Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi: “İnsanlığa qarşı törədilmiş cinayətdir"
328 seçki məntəqəsində nəticələr ləğv edilib- Seçici fəallığı 46,84 faiz olub (MSK)
Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib
Abşeron rayon İcra başçısı İradə Gülməmmədovanın ailəsinin dodaq uçuqladan ailə biznesi .... FOTO
“Məni təkrar ölümə təhrik edirlər” –Gürcü sahibkardan Azərbaycan prezidentinə MÜRACİƏT
AŞPA-dakı anti-Azərbaycan şəbəkəsi: Bütün izlər SOROS-a aparır - ARAŞDIRMA
Abşeron sakinləri: “Cənab prezident, İradə Gülməmmədova ilə Akif Əliyevə dur deyin”
Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - Video
600- dən çox iranlı Bakıya Novruz bayramını qeyd etməyə gələcək
Hadisə sevgilisi ilə evlənməyə hazırlaşır
Telejurnalistdən İmamverdi İsmayılovla bağlı sərt suallar
Azərbaycanda ŞOK OLAY: nənə ərinin dostu ilə QAÇDI
"Aqrolizinq"i Rövşən Əsgərov kimiləri gözdən salıb... - İTTİHAM
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL