Obyektivaz.info
 Valyuta məzənnəsi

Prezident koronavirusla bağlı tapşırıq verdi - Hökumət müşavirə keçirib

Tarix:29-01-2020, 16:00

Prezident koronavirusla bağlı tapşırıq verdi - Hökumət müşavirə keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:

-sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;

-ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

-xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

-səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;

-virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;

-vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.

Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.

O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.

Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib.

Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələri nəzərə alınır.

Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır.

Oxunub: 28



XƏBƏR LENTİ
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı
Ermənistanda onlarla insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Xocalı soyqırımından 28 il ötür
“Tezliklə koronavirusun peyvəndi satışa çıxarılacaq” – Prezident Tramp
Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi: “İnsanlığa qarşı törədilmiş cinayətdir"
328 seçki məntəqəsində nəticələr ləğv edilib- Seçici fəallığı 46,84 faiz olub (MSK)
Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib
Abşeron rayon İcra başçısı İradə Gülməmmədovanın ailəsinin dodaq uçuqladan ailə biznesi .... FOTO
“Məni təkrar ölümə təhrik edirlər” –Gürcü sahibkardan Azərbaycan prezidentinə MÜRACİƏT
AŞPA-dakı anti-Azərbaycan şəbəkəsi: Bütün izlər SOROS-a aparır - ARAŞDIRMA
Abşeron sakinləri: “Cənab prezident, İradə Gülməmmədova ilə Akif Əliyevə dur deyin”
Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - Video
600- dən çox iranlı Bakıya Novruz bayramını qeyd etməyə gələcək
Hadisə sevgilisi ilə evlənməyə hazırlaşır
Telejurnalistdən İmamverdi İsmayılovla bağlı sərt suallar
Azərbaycanda ŞOK OLAY: nənə ərinin dostu ilə QAÇDI
"Aqrolizinq"i Rövşən Əsgərov kimiləri gözdən salıb... - İTTİHAM
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL