Obyektivaz.info
 Valyuta məzənnəsi

Koronavirusla bağlı İrandan şad xəbər - 25 həkim, 127 tibb bacısı

Tarix:24-03-2020, 09:24

Koronavirusla bağlı İrandan şad xəbər - 25 həkim, 127 tibb bacısı



İranın Qum şəhərində 40 həkim, 130 tibb bacısı koronavirusa yoluxub. Bunlardan 152-sinin müalicəsi tamamlanıb.
KONKRET.az “İRNA”ya istinadən xəbər verir ki, “Qum Tibbi Elmlər İnstitutu”ndan verilən yazılı bəyanatda Qum şəhərində 170 tibb işçisinin “Covid 19”-a yoluxduğu bildirilib. Virusa yoluxan 40 həkimdən 25-nin sağaldığı, 15-nin müalicəsinin davam etdirildiyi, 1 həkimin isə vəziyyətinin ağır olduğu bildirilib. Açıqlamada həmçinin fərqli xəstəxanalar üzrə 130 tibb bacısının virusa yoluxduğu, bunlardan 127-sinin xəstəliyə qalib gəldiyi, 3-nün isə müalicəsinin davam etdirildiyi qeyd olunub. Xatırladaq ki, virus yayılmağa başlayandan bu günə qədər İranda 10 həkim, 5 tibb bacısı xəstəlikdən vəfat edib.

Oxunub: 32



XƏBƏR LENTİ