Obyektivaz.info
 Valyuta məzənnəsi

Bərdədə kollecin qarşısında tələbə həmyerlisini bıçaqladı

Tarix:19-09-2018, 10:57

Bərdədə kollecin qarşısında tələbə həmyerlisini bıçaqladı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki Bərdə Texnologiya Kollecinin qarşısında baş verib.

Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Süleymanlı Emin Kərim oğlu şəxsi münasibətlər zəminində rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Natiq Çingiz oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində E.Süleymanlı N.Məmmədova 3 bıçaq zərbəsi vurub.

Daktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və E.Süleymanlı tutularaq istintaqa təhvil verilib.

obyektivxeber.info

Oxunub: 135



XƏBƏR LENTİ