Obyektivaz.info
 Valyuta məzənnəsi

Makqreqor Menni Pakyao ilə döyüşmək istəyir

Tarix:14-01-2020, 18:02

Makqreqor Menni Pakyao ilə döyüşmək istəyir

Döyüşçülərin Mütləq Çempionatının (UFC) iki çəki kateqoriyasında sabiq çempionu irlandiyalı Konor Makqreqor filippinli Menni Pakyao (66,7 kq) ilə döyüşmək istədiyini bildirib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, boksçu M.Pakyao ilə müqavilə bağlamağa çox yaxın olduqlarını bildirib.

M.Pakyao bütün 7 çəki kateqoriyasının hamısında çempionluq kəmərini qazanan ilk boksçu kimi tarixə düşüb. O, karyerası ərzində 56 qələbə qazanıb, 5 dəfə məğlub olub. Qələbələrindən 38-də nokaut qeydə alınıb.

Otuz bir yaşlı Makqreqor UFC-nin ən populyar döyüşçülərindən biridir. O, keçirdiyi 25 qarışıq təkbətək qarşılaşmada 21 qələbə (18 vaxtından əvvəl) qazanıb və 4 dəfə məğlub olub. İrlandiyalı UFC-də ilk çempion titulunu 2015-ci ildə qazanıb. Daha sonra K.Makqreqor müxtəlif çəki kateqoriyalarında (yarıyüngül və yüngül), eyni zamanda, iki titula sahib idmançı kimi təşkilatın tarixində ilk döyüşçü adına layiq görülüb.

Oxunub: 67



XƏBƏR LENTİ