Obyektivaz.info
 Valyuta məzənnəsi

Nazirlikdən müavinət və təqaüdlərlə bağlı - AÇIQLAMA

Tarix:29-01-2020, 16:03

Nazirlikdən müavinət və təqaüdlərlə bağlı - AÇIQLAMA


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il 488,8 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 291,6 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərini ödəyib.

Obyektivaz.info ƏƏSMN-ə istinadla bildirir ki, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, habelə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına, aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına və qanunvericlikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinət verilir:

"Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan insanlar, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslər isə birdəfəlik sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, dəfn xərci üçün də birdəfəlik müavinət ödənilir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər və onlara, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər, müharibə veteranları, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar.

2019-cu ildə yeni təqaüd növləri də təsis edilib. Belə ki, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sırasına müharibə veteranları, sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər də daxil edilib. Həmçinin Prezidentin aylıq təqaüdünün I dərəcə əlilliyə görə müavinət alan şəxslərlə bərabər, I dərəcə əlilliyə görə pensiya alan şəxslərə də ödənilməsinə başlanılıb.

Bütün bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayının 5 dəfəyə yaxın artmasına səbəb olub.

Oxunub: 27



XƏBƏR LENTİ
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı
Ermənistanda onlarla insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Xocalı soyqırımından 28 il ötür
“Tezliklə koronavirusun peyvəndi satışa çıxarılacaq” – Prezident Tramp
Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi: “İnsanlığa qarşı törədilmiş cinayətdir"
328 seçki məntəqəsində nəticələr ləğv edilib- Seçici fəallığı 46,84 faiz olub (MSK)
Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib
Abşeron rayon İcra başçısı İradə Gülməmmədovanın ailəsinin dodaq uçuqladan ailə biznesi .... FOTO
“Məni təkrar ölümə təhrik edirlər” –Gürcü sahibkardan Azərbaycan prezidentinə MÜRACİƏT
AŞPA-dakı anti-Azərbaycan şəbəkəsi: Bütün izlər SOROS-a aparır - ARAŞDIRMA
Abşeron sakinləri: “Cənab prezident, İradə Gülməmmədova ilə Akif Əliyevə dur deyin”
Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - Video
600- dən çox iranlı Bakıya Novruz bayramını qeyd etməyə gələcək
Hadisə sevgilisi ilə evlənməyə hazırlaşır
Telejurnalistdən İmamverdi İsmayılovla bağlı sərt suallar
Azərbaycanda ŞOK OLAY: nənə ərinin dostu ilə QAÇDI
"Aqrolizinq"i Rövşən Əsgərov kimiləri gözdən salıb... - İTTİHAM
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL