Obyektivaz.info
 Valyuta məzənnəsi

"Az-Granata"da təlim və mükafatlandırma görüşü keçirilib

Tarix:5-03-2020, 12:04

"Az-Granata"da təlim və mükafatlandırma görüşü keçirilib

Regionun ən böyük şirə və şərab istehsalçılarından biri olan “Az-Granata” MMC-nin satış və marketinq departamentinin təşəbbüsü ilə şirkətə məxsus ölkə üzrə 70 firma mağazalarının müdirləri ilə təlim və mükafatlandırma məqsədli görüş keçirilib.

Obyektivaz.inf xəbər verir ki, 28 fevral tarixində “Landmark Hotel”-in konfrans zalında təşkil edilən görüşdə “Az-Granata” şirkətinin satış və logistika mərkəzinin rəhbəri Rafiq Vəliyev tərəfindən təlim keçirilib. Təlimin əsas məqsədi davamlı inkişaf edən “Az-Granata” şirkətinin bütün xidmət sahələrində olduğu kimi firma mağazalarında da göstərilən xidmətlərin təkminləşdirilməsi olmuşdur. Daha sonra 2019-cu ilin yekunlarına dair satış hesabatlarına əsasən böyük həcmli satışlar etmiş bir neçə mağaza müdirlərinə müxtəlif mükafatlar verilmişdir.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumatda qeyd edilir ki, firma mağazası açmaq və mağazaların sayını durmadan artırmaq böyük məsuliyyət tələb edir. Bu məsuliyyət ondan ibarətdir ki, istehsalçı olaraq istehsal etdiyin hər bir məhsulun keyfiyyətinə mütləq əmin olmalısan. Bu əminlik olmadığı halda çox sayda mağaza açmaq, onları işlək vəziyyətdə saxlamaq mümkün olmaz.

Həmçinin firma mağazalarının fəaliyyətinin istehsalçı şirkətə və istehlakçıya müsbət tövhələri var.
“Az-Granata” firma mağazalarının hər birində ən azı 2 insan işlə təmin edilmiş olur ki, bu da mağazaların olmasının və artmasının ən xeyirli tərəfidir.
Firma mağazalarının hər biri şirkətin həmin bölgədə nümayəndəsi, siması bir sözlə desək reklamıdır. “Az-Granata” məhsullarının qısa zamanda istehlakçılar tərəfindən tanınmasında “Az-Granata” firma mağazalarının rolu böyükdür.
“Az-Granata” istehsalı olan məhsulları “Az-Granata” firma mağazalarından alan istehlakçıların heç bir halda saxta malla qarşılaşması mümkün deyil. Ona görə ki, “Az-Granata” firma mağazalarında olan məhsullar yanlız “Az-Granata” şirə və şərab emalı zavodunda istehsal edilərək qablaşdırılan məhsullardır.
Bundan başqa, “Az-Granata” firma mağazalarında satılan məhsullar yalnız şirkətin təyin etdiyi qiymətlərlə istehlakçılara təqdim edilir.
Firma mağazalarının fəaliyyətlərinin digər bir üstün cəhət odur ki, istehlakçıya maraqlandığı hər bir məhsul haqqında satıcı dolğun və dəqiq informasiya verə bilir.

Oxunub: 58



XƏBƏR LENTİ