Obyektivaz.info
 Valyuta məzənnəsi

Az-Granata MMC-dən daha bir yenilik

Tarix:6-03-2020, 14:41

 Az-Granata MMC-dən daha bir yenilik

Regionun ən böyük şirə və şərab istehsalçılarından olan “Az-Granata” MMC-daim yeniliklərin tətbiqi və keyfiyyətin artırılması istiqamətində çalışmalarını davam etdirir.

Yeni texnologiya ilə vodka istehsal edərək qısa zamanda yerli və xarici bazarın keyfiyyətli məhsul təlabatına cavab verən “Az-Granata” MMC, yaxın günlərdə premium vodka kolleksiyasına “Piramida” adlı vodkanı da əlavə etdi.

Müəssisənin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumatda bildirilir ki, “Piramida” vodkasının istehsalında Girdiman çayının suyundan, təbii baldan, gümüş ionlarından, keçi südündən və buğdadan alınan “Lyuks” tipli etil spirtindən istifadə edilir. “Piramida” vodkasının yüksək keyfiyyətli olmasının əsas səbəblərindən biri budur ki, alınan spirt durulaşdırılaraq yenidən distilliyasiya prosesinə verilmişdir. Bununla spirtin tərkibində olan ali spirtlərin və aldehidlərin miqdarı azaldılmışdır.

“Piramida” vodkasının südlə emalı iki dəfə aparılır və minumum 15 gün rezervuarlarda saxlanılır ki, buda həmin vodkanın yumşaq, ətirli və çalarlı olmasına zəmin yaradır. Əminliklə deyə bilərik ki, “Az-Granata” keyfiyyətin təminatçısı olaraq hər zaman bir addım öndə yer alır.

 Az-Granata MMC-dən daha bir yenilik

Oxunub: 58



XƏBƏR LENTİ