Obyektivaz.info
 Valyuta məzənnəsi

Deputatlığa namizəd nazirliyi məhkəməyə verdi

Tarix:4-04-2020, 14:04

Deputatlığa namizəd nazirliyi məhkəməyə verdi

5-ci çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizəd olan şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyini məhkəməyə verib.

“Yeni Sabah”ın məlumatına görə, Bakı İnzibati Məhkəməsində hakim Elvin Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçı Vəkilov Bahadır Kamil oğlunun inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlı şikayətinə baxılacaq. Onu da bildirək ki, Bahadır Vəkilov Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin sədr müavini vəzifəsini daşıyır.

Qeyd edək ki, 53 saylı Quba-Qusar Seçki Dairəsi üzrə namizəd olan Bahadır Vəkilov 2530 seçicinin səsini qazanmışdı.

Oxunub: 48



XƏBƏR LENTİ