Obyektivaz.info
 Valyuta məzənnəsi

“Az-Granata” şirkəti Bahar festivalına Bahar meyvə şirələri ilə qatılıb

Tarix:5-03-2020, 18:16

“Az-Granata” şirkəti Bahar festivalına Bahar meyvə şirələri ilə qatılıb

Obyektivaz.info xəbər verir ki, martın 1, 2 və 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı ilə Kürdəmir “ASAN Həyat” kompleksində “ASAN Həyat” Bahar festivalı keçirildi.

Tədbirdə Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgilər, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası təşkil olunur, həmçinin bölgələrimizdə yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, folkloru, musiqi və mətbəxi nümayiş etdirilir. Festivalda öz məhsulları ilə iştirak edən şirkətlər sırasında “Az-Granata” MMC-də yer aldı. “Az-Granata” MMC, Bahar festivalına son zamanların sevilən brendinə çevrilmiş Bahar meyvə şirələri ilə qatıldı. Bahar stendində festivala gələnlər müxtəlif növ meyvələrin şirələrini dadaraq baharı Baharla qarşıladılar. “Az-Granata” şirkəti Bahar festivalına Bahar meyvə şirələri ilə qatılıb
“Az-Granata” şirkəti Bahar festivalına Bahar meyvə şirələri ilə qatılıb
“Az-Granata” şirkəti Bahar festivalına Bahar meyvə şirələri ilə qatılıb

Oxunub: 52



XƏBƏR LENTİ